AZ

“Qarabağ” ciddi itki ilə üzləşib

BAKI, 5 noyabr. TELEQRAF

“Qarabağ”ın braziliyalı futbolçusu Kadi Borges zədələnib.

Teleqraf xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin “Çelsi” klubuna qarşı keçirilən görüşün 31-ci dəqiqəsində sıradan çıxıb.

Ayağından zədə alan Kadi həkimlərin köməyi ilə meydanı tərk edib. Onun yerinə oyuna Emanuel Addai daxil olub.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada hazırda hesab 2:1 “Qarabağ”ın xeyrinədir.

Seçilən
27
teleqraf.com

1Mənbələr