AZ

Brüssel: “Vəziyyət çox ciddidir” – NATO-nun 4-cü maddəsi GÜNDƏMDƏ

Belçika müdafiə naziri NATO-nun 4-cü maddəsini aktivləşdirməyi nəzərdən keçirir. Dron insidentləri fonunda vəziyyətin ciddi olduğu bildirilir.

İnterpress.az xəbər verir ki, bu barədə “7sur7” məlumat yayıb.

Belçikanın müdafiə naziri ölkə ərazisində baş verən dron insidentləri səbəbilə NATO-nun 4-cü maddəsinin aktivləşdirilməsinin mümkün olduğunu bildirib.

Nazir qeyd edib ki, “çox ciddi bir şeyin baş verdiyi aydındır” və yaxın saatlar və günlər ərzində qərar veriləcək.

4-cü maddə NATO ölkələri arasında təhlükəsizliklə bağlı məsləhətləşmələrin aparılmasını nəzərdə tutur.

Hazırda Brüssel vəziyyəti qiymətləndirir və müttəfiqlərlə koordinasiyanı davam etdirir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
46
interpress.az

1Mənbələr