AZ

ÇL: "Qarabağ" hesabda önə keçir: - YENİLƏNİR

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" bu gün növbəti sınağına çıxacaq. 

Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Liqa mərhələsinin IV turunda London "Çelsi"sini qəbul edəcək.

İngiltərə nəhəngini Tofiq Bəhramov adına Respublika Stadionunda qonaq edəcək "köhlən atlar" doğma meydanda xal qazanmaq əzmindədir.

Təmsilçimizin oyununu Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Sebastyan Qişamer olacaq. Oyun saat 21.45.də başlayacaq. 

Qeyd edək ki, ilk üç turda 6 xal toplayan "Qarabağ" Liqa mərhələsində 15-ci yerdədir. 

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, IV tur
5 noyabr

"Qarabağ" – "Çelsi" 2:1 (ilk hissə)

Qol: Leandro Andrade, 29. Marko Yankoviç, 39. Estevao, 17.
Hakimlər: Sebastyan Qişamer, Roland Ridel, Santino Şrayner, Manuel Şüttenqruber (hamısı Avstriya).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Qarabağ”: Mateus Koxalski, Elvin Cəfərquliyev, Bəhlul Mustafazafə, Kevin Medina, Mateus Silva, Pedro Bikalyo, Marko Yankoviç, Kadi Borgez, Leandro Andrade, Abdullah Zubir (k), Kamilo Duran

Ehtiyat heyət: Şahruddin Məhəmmədəliyev, Fabian Buntiç, Samuel Mmae, Kris Kuaku, Nəriman Axundzadə, Emmanuel Addai, Dani Bolt, Oleksiy Kaşuk, Toral Bayramov, Abbas Hüseynov, Hikmət Cəbrayılzadə, Bədavi Hüseynov

Çelsi”: Rober Sançes, Mark Kukurelya, Tosin Adarabioyo, Ceymi Qittens, Andrey Santos, Joao Pedro, Yorrel Xato, Ris Ceyms (k), Tayrik Corc, Estevao, Romeo Lavia

Ehtiyat heyət: Filip Yorqensen, Maks Merrik, Enso Fernandes, Liam Delap, Trevo Çaloba, Meyses Kaysedo, Malo Qyusto, Uesli Fofana, Coçua Açeamponq, Mark Qio, Fakundo Buonanotte, Alexandro Qarnaç

Seçilən
10
fanat.az

1Mənbələr