Şimali Koreya lideri Kim Çen Inın ciddi səhhət problemi yoxdur.
“Renhap” Xəbər Agentliyinin məlumatına görə, Cənubi Koreya kəşfiyyatı əməkdaşları uzaq məsafədən Kim Çen Inın nəbzini ölçərək bu qənaətə gəliblər. KXDR liderinin nəbzi dəqiqədə 80 vurur.
Cənubi Koreya kəşfiyyatının hesabatında Şimali Koreya liderinin nəbzini necə əldə etdikləri göstərilməyib. “O (Kim Çen In) əyalətlər və Pxenyan arasında asanlıqla uzun məsafələrə səyahət edə, eləcə də müxtəlif tədbirlərdə iştirak edə bilir”, – deyə hesabatda əlavə edilib.
Qeyd edək ki, 43 yaşlı Kim Çen In 2011-ci ildən bəri Şimali Koreyaya rəhbərlik edir. O, Koreya İşçi Partiyasının baş katibi, Koreya İşçi Partiyasının Mərkəzi Hərbi Komissiyasının sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı və Partiyanın Siyasi Bürosunun Rəyasət Heyətinin üzvü vəzifələrini tutur.
//Samir Qurbanov, Editor.az