AZ

106 kv.m-lik nəhəng hörümçək toru TAPILDI – Unikal “ŞƏHƏR” – FOTO/VİDEO

Dünyanın ən böyük hörümçək toru Albaniya–Yunanıstan sərhədində tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Albaniya mediası məlumat yayıb.

Alimlər Albaniya ilə Yunanıstan sərhədində yerləşən mağarada dünya üzrə ən böyük hörümçək torunu aşkarlayıb.

Sahəsi 106 kv.m olan bu nəhəng quruluş mağaranın divarlarını tam örtür və burada iki bir-birinə düşmən növ eyni anda yaşayır.

111 min hörümçəyin yaşadığı nəhəng tor alimləri təəccübləndirib.

Tədqiqatçılar bildirir ki, adətən bu növlərdən biri digərini ovlayır, lakin bu məkanda onlar yanaşı yaşayır.

Bu davranış elmi ədəbiyyatda ilk dəfə qeydə alınıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
53
interpress.az

1Mənbələr