AZ

Bu ölkədə uşaqların sosial şəbəkədən istifadəsi qadağan edildi

Avstraliyada 10 dekabrdan etibarən 16 yaşdan kiçik uşaqların sosial media platformalarından istifadəsi qadağan ediləcək.

AzPost bildirir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Siyahıya Facebook, Instagram, X, YouTube, TikTok, Snapchat və digərləri daxildir.

Bu, Senatın (Avstraliya parlamentinin yuxarı palatası) keçən il müvafiq qanunu qəbul etməsindən sonra mümkün olub.

Qadağanı pozanlar 50 milyon Avstraliya dollarına (32,5 milyon ABŞ dolları) qədər cərimə ilə üzləşəcəklər, lakin məhdudiyyətləri aşan yeniyetmələrə heç bir cəza tətbiq olunmayacaq.

Bir çox valideyn qadağanı dəstəkləyir. Lakin tənqidçilər onun effektiv tətbiqinə şübhə ilə yanaşırlar. Onlar həmçinin yeni qanunun yeniyetmələrin sosial təcrid olunmasına gətirib çıxarıb-çıxarmayacağından narahatdırlar.

AzPost.az

Seçilən
58
azpost.info

1Mənbələr