AZ

Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto

Təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə “Sevan gölü” adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb.
BUTA.TV xəbər verir ki, bu sözlərlə tarixçi alim Zaur Əliyev Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışını bir daha təsdiqləyib. O bildirib ki, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışından sonra ermənilər saxta xəritələri sosial mediada paylaşmağa başlayıb ki, guya qədim xəritələrdə “Sevan” adı yazılıb: “İndi onlara cavab olaraq elə Ermənistan SSR və SSRİ tərəfindən gölün Göyçə adlanmasına dair tədqiqatlarını təqdim edirəm. 1. Sevan (Göyçə) Gölü Hövzəsi. 3 cilddə Redaktor(lar): Levinson-Lessing, F.Yu. SSRİ Elmlər Akademiyasının Nəşriyyatı, Leninqrad, 1931, 264 səhifə; 2. Göyçə gölü. Gölün coğrafi təsviri. 1-ci hissə. Fiziki coğrafiya Müəllif(lər): E.S. Markov M.A.Aleksandrov mətbəəsi, Sankt-Peterburq, 1911, 250 səhifə; 3. SSRİ Neft Sənayesi Xalq Komissarlığının Ümumittifaq Geoloji Kəşfiyyat Birliyinin materialları. 219-cu buraxılış. Göyçə (Sevan) gölü hövzəsi (Geoloji esse) Müəllif(lər): K.N. Paffenholz

Dövlət Elmi, Texniki, Mədən, Geoloji və Neft Nəşriyyatı, Leninqrad-Moskva-Novosibirsk, 1934, 117 səhifə”.

Seçilən
4
2
buta.tv

3Mənbələr