AZ

Qriqoryan Tramp marşrutundan danışdı: Təkcə Bakı və İrəvan arasında deyil, həm də...

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“TRIPP (Tramp Marşrutu) tranzit dəhliz layihəsi rəqabət aləti kimi deyil, əməkdaşlıq və qarşılıqlı rifah mexanizmi kimi istifadə olunacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskvada keçirilən MDB Təhlükəsizlik Şurası katiblərinin 13-cü iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu tədbirlər regionda iqtisadi qarşılıqlı asılılıq yaradır və sülhün institusionallaşmasına töhfə verir.

“Nəqliyyat və kommunikasiya marşrutlarının açılması strateji addımdır. Bu addım infrastrukturu yaxşılaşdırmaqla yanaşı, həm də xalqlar arasında etimadı gücləndirir. TRIPP proqramı vasitəsilə biz təkcə Ermənistan və Azərbaycan arasında deyil, həm də digər MDB ölkələri ilə həqiqi əməkdaşlıq və qarşılıqlı fayda mühiti yaratmağa çalışırıq. Ermənistan marşrutlarının daha geniş Avrasiya şəbəkələrinə inteqrasiyasını təmin edirik”.

O, həmçinin qeyd edib ki, Cənubi Qafqaz regionu həm siyasi, həm infrastruktur, həm də ideoloji səviyyələrdə mühüm dəyişikliklər dövrünü yaşayır.

Qriqoryan 8 avqust 2025-ci il tarixində Ağ Evdə Azərbaycan, Ermənistan və ABŞ liderlərinin görüşdüyü Vaşinqton razılaşmasını xatırladıb:

“Vaşinqton razılaşması nəticəsində Cənubi Qafqazda sülh bərqərar olub və biz hazırda Azərbaycanla sülhün təsisatlaşdırılması üzərində işləyirik. Bu gün Cənubi Qafqaz tədricən hərbi münaqişələrin məngənəsindən azad olduqca, dinc və davamlı inkişaf üçün yeni üfüqlər açılır.”

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
globalinfo.az

1Mənbələr