AZ

“Gündə 5000 addım beyni Alsheymerdən qoruya bilər” − “Nature Medicine”


Yeni uzunmüddətli araşdırma, gündəlik məşqlərin artırılmasının Alsheymer xəstəliyi ilə əlaqəli erkən beyin dəyişikliklərini yavaşlatmağa kömək edə biləcəyini aşkar edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Nature Medicine” jurnalındaaraşdırma dərc edilib. 
Bildirilib ki, tədqiqatçılar 14 il ərzində 300-ə yaxın yaşlı yetkin insanı izləyiblər və aşkar ediblər ki, artıq yüksək səviyyədə beta-amiloid (Alsheimer xəstəliyinin ilkin əlaməti) olanların fiziki aktiv olduqları təqdirdə yaddaş və düşüncə itkisi daha yavaş olur. Tədqiqat göstərir ki, hətta kiçik və ya orta miqdarda gündəlik hərəkət fərq göstərib. Araşdırma nəticəsində məlum olub ki, gündə 5000-7500 addım atan  böyüklərin düşünmə qabiliyyəti əsasən hərəkətsiz olanlara nisbətən iki dəfə daha sürətli azalır.
Bundan əlavə, çox hərəkət etmək əhəmiyyətli fayda verməyib, bu da insanların nəticələri görmək üçün 10.000 addım atmağa ehtiyac olmadığını göstərir.
Həmçinin müəyyən edilib ki, məşq beta-amiloidin yığılmasını ləngitmir.
Tədqiqat sırf müşahidə xarakteri daşıdığı üçün idmanın birbaşa Alsheymer xəstəliyinin qarşısını aldığını sübut etmir.
Seçilən
35
1
yeniavaz.com

2Mənbələr