AZ

Azərbaycanda bu məhsullar 50 faiz ucuzlaşdı - ŞOK QİYMƏTLƏR

İsrail-Fələstin müharibəsi başlayan gündən dünyada İsrail məhsullarına qarşı boykot həyata keçirilir. Əksər müsəlman ölkələrində, özəlliklə qardaş Türkiyədə İsrailin Qəzzada həyata keçirdiyi soyqırım şiddətlə qınanılır və bu səbəbdən İsrail məhsullarına qarşı kəskin baykot kampaniyası davam edir. Buraya əsasən "Procter & Gamble" şirkətinin istehsalı olan gündəlik tələbat malları daxildir. Baykot ilk dövrlərdə qiymətlərə təsir etməsə də, artıq ciddi böhran yaşandığı aşkardır. Belə ki, bir vaxtlar öz mal qrupu üzrə marketin ən bahalı məhsulları olan brendlər 50 faiz ucuz təklif olunur. Bu ucuzlaşma "endirim kampaniyası" adı altında həyata keçirilsə də, davamlı xarakteri alması əsas səbəbin baykot olduğunu göstərir. 

Sitat.info xəbər verir ki, marketlərdə həmişə bahalı olan İsrail məshulları - "Ariel", Palmolive", "Pantene", "Head & Shoulders", "Dove", "Fairy" uzun müddətdir endirimlə təklif edilir. Həm də endirimlər adəti üzrə qəpik-quruş yox, 40-50 faiz civarındadır. 

Misal üçün, İsrail məshulu kimi tanınan  "Necafe Gold" 13 manatdan 8 manata düşüb. 5 kiloqramlıq "Ariel" 39 manatdan 18 manata düşüb. "Rexona" 7.30-dan 3.99-a, "Pantene" şampunu 9.35-dən 4.77-yə, "Fairy" 8.59-dan 5.75 ANZ-ə endirilib. 

Demək olar ki, İsrail istehsalı olan bütün məhsullar üzrə bu ucuzlaşma müşahidə olunur. 

Aytac,

Sitat.info

 

Seçilən
30
1
sitat.info

2Mənbələr