AZ

NATO Rumıniyaya əlavə qüvvələr göndərə bilər

"NATO zəruri hallarda şərq cinahına, xüsusən də Rumıniyaya əlavə qüvvələr göndərməyə hazırdır".

Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib.

"Lazım gələrsə, Rumıniyaya bölmələr də daxil olmaqla əlavə qüvvələr göndərə bilərik", - deyə o vurğulayıb.

Baş katibin sözlərinə görə, Rumıniya "hücuma" məruz qalsa, NATO-nun qalan hissəsi onun müdafiəsinə qalxacaq.

Rutte həmçinin bildirib ki, Rumıniya "dəyərli müttəfiq" olaraq qalır və "Qara dəniz bölgəsində sabitliyin təmin edilməsində əsas rol oynayır".

QAZİLER.AZ

Seçilən
27
qaziler.az

1Mənbələr