AZ

​“Barselona” Harri Keyni transfer etmək istəyir

“Barselona” “Bavariya”nın futbolçusu Harri Keyni transfer etmək istəyir. Metbuat.az xəbər verir ki, Harri Keyn "Barselona"nın marağından xəbərdardır, lakin mövsümün sonuna qədər gələcəyi ilə bağlı qərar verməyəcək. Bildirilir ki, Robert Levandovskinin müqaviləsinin müddəti mövsümün sonunda yekunlaşır və “Barselona” onun yerinə istedadlı hücumçu transfer etmək istəyir. Bildirilir ki, Levandovskinin transferi "Barselona" üçün olduqca uğurlu olub. Buna görə də klub uzunmüddətli investisiya qoymaq əvəzinə, töhfə verə biləcək təcrübəli hücumçu transfer etməyi nəzərdən keçirir. Harri Keyn bu profilə mükəmməl uyğun gəlir. Lakin onun “Bavariya”da illik 25 milyon avro qazanması “Barselona”nın işini çətinləşdirə bilər.

Qeyd edək ki, 2027-ci ilə qədər "Bavariya” ilə müqaviləsi olan Harri Keynin müqaviləsində 65 milyon avroluq sərbəst qalma bəndi var.

Seçilən
30
metbuat.az

1Mənbələr