Erlinq Haaland "Mançester Siti"dən ayrılarsa, keçmək istəyəcəyi klub bəlli olub.
Offsideplus.az xəbər verir ki, o, “Real Madrid”ə transferə açıqdır.
Norveçli ulduzun “Mançester Siti”dəki müqaviləsində gizli azadolma maddəsinin olduğu bildirilir.
Mənbələrin məlumatına görə, Haalandın menecerləri son vaxtlar futbolçunun “Real Madrid”də oynamaq arzusunu açıq şəkildə ifadə ediblər.
Məlumata əsasən, hücumçu yaxın gələcəkdə Madrid nəhənginə keçidə açıqdır və bu transferin mümkünlüyü gündəmdə qalmaqdadır.