AZ

İsmayıl Yüksək üçün 2 nəhəng qarşı-qarşıya

"Fənərbağça"nın dayaq yarımmüdafiəçisi İsmayıl Yüksək qış transfer dönəmində Avropanın iki nəhəng klubunun hədəfindədir.

Fanat.Az xəbər verir ki, "Atletiko Madrid" və "Borussiya Dortmund" 25 yaşlı futbolçunu heyətinə qatmaq üçün qış fasiləsində rəsmi addım atmağa hazırlaşır.

"Takvim" qəzeti hər iki klubun İsmayılın son performansından çox təsirləndiyini və yaxın günlərdə "Fənərbağça"ya rəsmi təklif göndərə biləcəyini yazıb.

İsmayıl Yüksək bu mövsüm həm Super Liqada, həm də Avropa Liqasında komandasının əsas dayaqlarından biri kimi çıxış edir.

Qeyd edək ki, futbolçunun transfer dəyəri 11 milyon avro olaraq qiymətləndirilir.

Kamil Xudiyev

Seçilən
3
1
fanat.az

2Mənbələr