AZ

İctimai Televiziyanın iki tenderi ləğv edilib

İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən elan edilmiş iki satınalma prosesi – “Təsərrüfat və elektrik avadanlıqları mallarının satın alınması” və “Dəftərxana mallarının satın alınması” tenderləri ləğv edilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, hər iki tenderin ləğvinə səbəb kimi satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş təchizatçıların sayının üçdən az olması (36.1.1) göstərilib.

Məlumata görə, təsərrüfat və elektrik avadanlıqları ilə bağlı satınalmanın ehtimal olunan qiyməti 24.490,75 manat təşkil edirdi. Bu çərçivədə qurumun peşəkar tozsoran, elektrikli samovar, avtoyuma aparatının şlanqları, köpük vuran başlıqlar və böyük laqonda kimi avadanlıqlar alması planlaşdırılırdı.

Digər ləğv edilmiş tender – dəftərxana mallarının alınması üzrə isə ehtimal olunan məbləğ 15.358,20 manat idi. Layihə çərçivəsində yazı lövhələri, A4 formatlı printer kağızı, laminasiya üzlükləri, şəffaf yapışqan lentlər və digər ofis ləvazimatlarının satın alınması nəzərdə tutulurdu.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balaş Qasımovdur.

Seçilən
23
1
nocomment.az

2Mənbələr