AZ

Xaçmazda Qırmızı kitaba daxil edilən quş AŞKARLANDI

Xaçmaz şəhərində ağac başında Qara kərkəs quşu görünüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhərin N.Nərimanov küçəsində ağacın başında aşkar edilən iri quş FHN-nin əməkdaşlarının və ekoloqların köməyi ilə xilas edilib.

Qara kərkəs quşu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşlarına təhvil verilib.

Qeyd edək ki, kərkəskimilər dəstəsindən olan bu quş növü Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilib. Ovlanması və satışı qadağandır. Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabına daxil edilib.

Seçilən
32
3
paralel.az

4Mənbələr