AZ

Qırğızıstan prezidenti Misirə səfər edib



Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Qahirədə Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüşüb.

Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, görüşdə Qırğızıstan-Misir əməkdaşlığının əsas sahələri, o cümlədən siyasi dialoqun inkişafı, iqtisadi qarşılıqlı fəaliyyət, investisiyalar və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

İki dövlət başçısı ikitərəfli münasibətlərin müsbət dinamikasına görə minnətdarlıqlarını bildirib və onlara yeni təkan verməyə hazır olduqlarını vurğulayıblar.

Misir Prezidenti Qırğızıstan liderinin səfərinin iki ölkə arasında tərəfdaşlıqda mühüm addım olacağına və birgə təşəbbüslərin həyata keçirilməsi üçün möhkəm təməl yaradacağına əminliyini bildirib.

Mehman Mehdiyev
Seçilən
16
newscenter.az

1Mənbələr