AZ

PSJ “Bavariya” ilə oyundan sonra üç əsas futbolçusunu itirdi

Fransanın PSJ klubu Çempionlar Liqasının 2025/2026 mövsümünün qrup mərhələsinin IV turunda “Bavariya”ya 1:2 hesabı ilə uduzduğu oyundan sonra bir neçə futbolçusunun zədə aldığını açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Əşrəf Hakimi sol topuq nahiyəsində ciddi əzilmə səbəbindən bir neçə həftə komandaya kömək edə bilməyəcək.

Həmçinin Usman Dembelenin baldır əzələsində zədə müəyyən edilib və o, qarşıdakı həftələrdə müalicə kursu keçəcək.

Digər müdafiəçi Nunu Mendeşin sol diz bağlarında gərilmə müşahidə olunub. Futbolçu bir neçə həftə ərzində klubun tibbi heyətinin nəzarətində olacaq.

Bundan başqa, Dezire Due reabilitasiya proqramını davam etdirir.

 

Seçilən
43
90deqiqe.az

1Mənbələr