AZ

Birdəfəlik 1200, aylıq 170 dollar... Ukraynada uşaqpulu ilə bağlı qanun qəbul edildi

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müharibə şəraitində olan Ukraynada uşaqpulu ilə bağlı mühüm sosial qərarlar qəbul edilib. “AzPolitika” xəbər verir ki, Ali Rada tərəfindən təsdiqlənən yeni qanuna əsasən, uşağın doğulmasına görə ailəyə birdəfəlik 50 000 qrivna (təxminən 1200 dollar) ödəniləcək.

Bundan əlavə, 1 yaşa qədər uşaqlar üçün aylıq uşaq baxımı müavinəti 7000 qrivna (təxminən 170 dollar), əlil uşaqlara isə 10 500 qrivna (təxminən 250 dollar) məbləğində təyin ediləcək.

Qanunda bir sıra əlavə sosial dəstək mexanizmləri də nəzərdə tutulur:

“iYasla” proqramı – uşaq bağçası üçün kompensasiya və ya 1 ildən sonra uşağa qulluq edən valideyn üçün vahid sosial töhfənin ödənilməsi məqsədilə 8000 qrivnaya (təxminən 190 dollar) qədər ödəniş;

“Körpə paketi” – hamiləliyin 36-cı həftəsindən etibarən sifariş edilə bilən yardım paketi;

“Məktəbli paketi” – birinci sinfə gedən hər uşaq üçün 5000 qrivna (təxminən 120 dollar) birdəfəlik ödəniş;

Hamilə qadınlara və işsiz qadınlara, hamiləliyin 30-cu həftəsindən etibarən aylıq 7000 qrivna (təxminən 170 dollar) müavinət veriləcək.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
azpolitika.info

1Mənbələr