AZ

Aİ ölkələri 2040-cı ilə qədər emissiyaları 90 faiz azaltmaq barədə razılığa gəliblər



Avropa Birliyi (AB) ölkələri 2040-cı ilə qədər emissiyaları 90 faiz azaltmaq barədə razılığa gəliblər. Avropa Şurası üzv dövlətlərin nümayəndələrinin Aİ-nin 2040-cı il iqlim hədəfi ilə bağlı ortaq mövqe tutduqlarını açıqladı.

Bəyanatda qeyd olunur ki, üzv dövlətlər 2040-cı ilə qədər 1990-cı il səviyyəsi ilə müqayisədə xalis istixana qazı tullantılarının 90 faiz azaldılması kimi məcburi hədəfə razılıq veriblər. Qeyd olunur ki, bu yeni addım Aİ-nin 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq kimi uzunmüddətli məqsədinə uyğun olaraq atılır.
Bəyanatda qeyd olunur ki, Aİ-nin rəqabət qabiliyyətini qorumaq və balanslı keçidi təmin etmək üçün üzv dövlətlərə müxtəlif çevikliklər təklif olunacaq və Aİ ölkələri xalis emissiyalarının 5 faizinə qədər beynəlxalq karbon kreditlərindən istifadə edə bilərlər.

Bu hədəfin qüvvəyə minməsi üçün Avropa Parlamentinin (AP) təsdiqi tələb olunur.

Hazırda Aİ istixana qazı emissiyalarını 1990-cı il səviyyələri ilə müqayisədə 2030-cu ilə qədər 55 faiz azaltmağı hədəfləyir.

Qeyd etmək lazımdır ki, Aİ 2040-cı il hədəfini 10-21 noyabr tarixlərində Braziliyada keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 30-cu Tərəflər Konfransından (COP30) əvvəl müəyyən edib.

aia.az
Tərcümə şöbəsi



Seçilən
39
aia.az

1Mənbələr