"Inter" və "Milan" yeni stadion üçün rəsmi addım atdı.
Offsideplus.az xəbər verir ki, İtaliyanın iki nəhəng klubu Milan Bələdiyyəsi ilə "San Siro"nu əvəz edəcək yeni stadionun inşası üçün torpaq satışına dair müqaviləni rəsmən təsdiqləyib.
Layihənin dizayn və inkişaf işlərini "MANICA" və "Foster + Partners" şirkətləri həyata keçirəcək.
Qeyd edək ki, bu şirkətlər “Mançester Yunayted”in planlaşdırılan yeni stadion layihəsində də iştirak edirlər.
Yeni stadionla yanaşı, layihə çərçivəsində müasir idman mükəmməllik mərkəzinin də yaradılması nəzərdə tutulur.
Əzəmətli "San Siro" stadionunun son zamanlarıdır. Klublar 71500 nəfərlik yeni stadion inşa edəcək. Tikinti işləri 2027-də başlanacaq və 2031-də bitəcək.