AZ

Cud Bellinqemdən yeni rekord

"Real Madrid"in ulduzu Cud Bellinqem Çempionlar Liqasında daha bir tarixi uğura imza atıb. İngiltərə millisinin yarımmüdafiəçisi turnirin tarixində 50 matçda meydana çıxan ən gənc futbolçu olub.

Fanat.Az xəbər verir ki, Bellinqem bu uğura 22 yaş 128 günündə çatıb və bu göstərici ilə İker Kasilyas, Sesk Fabreqas, Kilian Mbappe və Lionel Messi kimi ulduzları geridə qoyub.

Rekordlar sıralaması belədir:

  1. Cud Bellinqem – 22 yaş, 128 gün
  2. İker Kasilyas – 22 yaş, 155 gün
  3. Sesk Fabreqas – 22 yaş, 331 gün
  4. Kilian Mbappe – 22 yaş, 339 gün
  5. Lionel Messi – 23 yaş, 166 gün

Kamil Xudiyev

Seçilən
58
fanat.az

1Mənbələr