AZ

ATP 54 ildən sonra yeni loqo təqdim etdi

Peşəkar Tennisçilər Assosiasiyası (ATP) özünün yenilənmiş loqosunu ictimaiyyətə təqdim edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu, ATP tarixində son 54 il ərzində altıncı loqo dəyişikliyidir. Yeni dizayn təşkilatın vizual kimliyini müasir dövrə uyğunlaşdırmaqla yanaşı, peşəkar kişi tennisinin ruhunu və irsini qoruyub saxlayır.

Yeni loqo rəqəmsal dövr üçün sadələşdirilmiş və yenidən düşünülmüş formada hazırlanıb. O, müxtəlif platforma və məhsullarda daha universal istifadəyə imkan yaradır.

Mətbuat relizində qeyd olunur ki, loqodakı əyri xətlərin forması tennis topunun oyun zamanı hərəkət trayektoriyasını təcəssüm etdirərək idman enerjisini və dinamizmini əks etdirir.

Seçilən
29
90deqiqe.az

1Mənbələr