AZ

TİKAN və PAMBIQ (Ahəng qanununa tabe olmayan sözlərin hekayəsi)

Mia.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Payız idi. Kəndin kənarında, yol qırağında tikanlar bitmişdi. Pambıq mövsümü olduğu üçün qoşqudan yüngülcə uçan pambıqlar gəlib tikanların üstünə hopmuşdu.

Məktəbə gedən uşaqlar bu mənzərəni görüb, gah gülürdü, gah da  təəccüblənirdilər.

Səma dedi:

- Tikanlarla pambıq dost olub.

Müəllim gülümsəyərək:

- Elə bil siz bu günkü mövzumuzu əvvəlcədən hiss etmisiniz,- dedi. Dərsimiz ahəng qanununa tabe olmayan sözlər haqqındadır.

Uşaqlar bir-birinə baxdılar:

- Necə yəni, müəllim? Sözlər də tikanla pambıq kimi ola bilər? Müəllim lövhəyə kitab, vəfa, çərpələng yazdı :

-Bunlar dilimizdə bir-birinə uyuşmayan səsləri daşıyır. Amma buna baxmayaraq, bizim dilimizdə yer alıb, mənalı və lazımlı sözlərdir.

Sonra pəncərədən o mənzərəyə baxıb:

- Elə tikanla pambıq da o cürdür. Görünüşcə bir-birinə ziddir, amma biri o birinin dəyərini göstərir. Tikan pambığı qoruyur, pambıq tikanın sərtliyini yumşaldır.

Sanki uşaqlar başa düşdü ki, uyğun gəlməmək bəzən birləşməyə mane olmur.

Bəzən dilimizdə, bəzən həyatda da “ahəng qanununa tabe olmayan” gözəlliklər olur.

Müəllimə dərsin sonunda dedi:

Həyatın dili də ahəng qanununa tabe olmur, amma məhz o zidd səslərdən ən mənalı cümlələr yaranır...

Selcan Məmmədzadə,

İmişli, gənc müəllim.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
mia.az

1Mənbələr