AZ

Səs-küylü transfer: "Qalatasaray" Messini gətirməyə hazırlaşır

Türkiyənin “Qalatasaray” klubu növbəti səs-küylü transferinə hazırlaşır.

İstanbul təmsilçisi Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messini heyətinə qata bilər.

Bu barədə insayder Zeki Uzundurukan yutub səhifəsində məlumat yayıb.

38 yaşlı futbolçu cari mövsümün son 4 ayı ərzində DÇ-2026-ya daha yaxşı hazırlaşa biləcəyi komanda axtarışındadır.

Tərəflərin yaxın müddət ərzində danışıqlara başlayacağı gözlənilir.

Qeyd edək ki, Lionel Messi 8 qat “Qızıl top” mükafatının qalibidir. \\Teleqraf

Seçilən
39
5
hurriyyet.az

6Mənbələr