AZ

Putin nüvə ilə bağlı qərar verdi: “Hazırlıqlara başlanılsın”

Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən görüşdə nüvə sınaqlarına hazırlıq işlərinə başlama ehtimalına dair tapşırıq verib.

KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Putin qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın nüvə sınaqlarını bərpa etmək niyyəti ilə bağlı açıqlaması ciddi məsələ kimi qiymətləndirilir:

“Rusiya Təhlükəsizlik Şurası Vaşinqtonun hakim dairələrində səslənən bu bəyanatları diqqətlə təhlil edib. Əgər Nüvə Sınaqlarının Tam Qadağan Edilməsi Müqaviləsinin iştirakçı ölkələri sınaqları bərpa etmək qərarına gəlsələr, Moskva da cavab tədbirləri görmək məcburiyyətində qalacaq. Bununla belə, Rusiya həmin müqavilədən çıxmağı planlaşdırmır”.

Seçilən
36
3
konkret.az

10Mənbələr