AZ

Hansi Flik ​"Barselona"dan gedir

"Barselona"nın baş məşqçisi Hansi Flik mövsümün sonunda klubdan ayrılmaq qərarına gəlib. Metbuat.az xəbər verir ki, Flik oyunçuların münasibəti və rəhbərlikdən dəstəyin olmaması ilə bağlı məşqçilər heyəti ilə məyusluğunu bölüşüb. İspaniyanın ABC qəzetinin məlumatına görə, Fliki narahat edən digər məqam Lamin Yamalın intizamsız davranışı və klubun bu məsələyə yumşaq yanaşmasıdır. Klubun ona verdiyi imtiyazlar məşqçilər heyətini qıcıqlandırıb. Bildirilir ki, Flik, oyunçular arasında peşəkarlığın və birliyin tədricən azalmasından narazıdır. Yamalın "Real Madrid" məğlubiyyətindən sonra komanda ilə qayıtmaq əvəzinə Milana səfər etməsi, zədəsi olmasına baxmayaraq reklam çəkilişlərində iştirakı və bəzi səfərlərdə xüsusi münasibəti Flikin narazılığına səbəb olub. Gərginliyə baxmayaraq, Flikin prezident Joan Laporta və idman direktoru Deko ilə münasibətlərinin normal olduğu iddia edilir.

Bununla belə, klub rəhbərliyi ilə məşqçilər heyəti arasında fəlsəfi fikir ayrılıqları mövcuddur. Hansi Flik sərt intizam və qaydalara əsaslanan yanaşma irəli sürüb. "Barselona" rəhbərliyi isə gənc ulduzları qorumaq və motivasiya etmək üçün daha yumşaq yanaşma tətbiq edib.

Seçilən
28
metbuat.az

1Mənbələr