AZ

Anadan DƏHŞƏTLİ ƏMƏL: 1,5 yaşlı körpəsini BIÇAQLADI – VİDEO

Başqırdıstanda ana bir yarım yaşlı oğlunun qarnını doğrayıb. Uşaq ağır vəziyyətdə əməliyyata götürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yatıb

Başqırdıstan Respublikasında 22 yaşlı Aida adlı qadın 1,5 yaşlı oğlunu qarnından bıçaqlayıb.

Hadisə Priyutovo qəsəbəsində baş verib. Qadın və uşağın atası Viktor evdə spirtli içki qəbul edərkən, başqa otaqda yatmayan və ağlayan uşaq ananı əsəbiləşdirib.

İlkin məlumata görə, ana əvvəlcə uşağı yumruqla baş nahiyəsinə döyüb, daha sonra isə bıçaqla qarnından vurub.

O, uşağı otaqda qoyub küçəyə çıxıb və təsadüfi keçəndən telefon alaraq xilasetmə xidmətinə zəng edib.

Hadisə yerinə gələn tibbi briqada uşağı ağır vəziyyətdə xəstəxanaya çatdırıb. Balaca Belobey rayon xəstəxanasında əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər uşaqda açıq qarın yarası, kəllə-beyin travması, beyin silkələnməsi və hematoma aşkar ediblər.

Məlum olub ki, Aida daha əvvəl də övladının müalicəsini laqeyd yanaşdığı üçün himayə orqanlarının nəzarətində olub.

Uşağın vəziyyəti stabilləşdikdən sonra onun uşaq sığınacağına verilməsi planlaşdırılır. Ana ilə bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
30
2
interpress.az

3Mənbələr