AZ

UEFA Gənclər Liqası: "Sabah" penaltilərlə uduzub mübarizəni dayandırdı

UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edən "Sabah" bu gün növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, "bayquşlar" II təsnifat mərhələsinin cavab matçında Bakıda Fransa təmsilçisi "Nant"ı qəbul edib. 

İki həftə əvvəl səfərdə baş tutan ilk görüşdə rəqibinə 0:5 hesabı ilə uduzan Adino Mustedanagiçin yetirmələri cavab matçında da məğlub olub. Fransızlar Mustafa Dabonun penaltidən vurduğu qollarla qələbə qazanıblar. "Sabah"ın gücü təsəlli qoluna çatıb. Anar Hüseynovun 88-ci dəqiqədə vurduğu qol "Sabah"ın bu mövsümdə ilk və yeganə top olub. 

Beləliklə, qitə yarışına II təsnifat mərhələsindən qoşulan "Sabah" mübarizəni dayandırıb.

UEFA Gənclər Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
5 noyabr

"Sabah" (Azərbaycan) - "Nant" (Fransa) 1:2
Qol:
Anar Hüseynov, 88 - Dabo, 17-pen; 76-pen.
Hakimlər: Danilo Nikoliç, Yovan Qruiç, Aleksandr Qovedaroviç (hamısı Serbiya), Tural Qurbanov (Azərbaycan).
Masazır. "Bank Respublika Arena".
(ilk oyun - 0:5)

Seçilən
31
fanat.az

1Mənbələr