AZ

Finlandiyanın XİN rəhbəri: Rusiya imperiyasının hörmət etdiyi yeganə qüvvə Osmanlı imperiyası olub...

Elina Valtonen bu fikri Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında səsləndirib...

Poliqon xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Elina Valtonen Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında tarixi münasibətlərə toxunaraq bildirib. Nazir qeyd edib ki, Rusiya imperiyasının tarix boyu həqiqətən hörmət etdiyi yeganə güc Osmanlı imperiyası olub.

Valtonenin bu bəyanatı “Clasн Report” tərəfindən tərəfindən sitat gətirilib. O, çıxışı zamanı qeyd edib ki, Avropada tarixi güc balansını müəyyən edən əsas faktorlardan biri məhz Rusiya ilə Osmanlı imperiyası arasında uzun əsrlər davam edən qarşılıqlı rəqabət və ehtiyatlı münasibətlər olub.

Finlandiyalı diplomat vurğulayıb ki, Osmanlı imperiyaRusiya qarşısında hərbi və siyasi baxımdan bərabər mövqedə dayanmağı bacaran azsaylı dövlətlərdən biri idi. Onun sözlərinə görə, bu tarixi fakt regionda bu gün də təhlükəsizlik və balans anlayışına təsir göstərir.

Valtonen əlavə edib ki, Türkiyə bu gün də regionda sabitliyin və diplomatik tarazlığın qorunmasında mühüm rol oynayır.

“Biz Türkiyənin NATO daxilindəki rolunu yüksək qiymətləndiririk və onun Avropa təhlükəsizliyi üçün əhəmiyyətini anlayırıq”, deyə nazir bildirib.

Konfransda tərəflər həmçinin enerji təhlükəsizliyi, müdafiə sənayesi və Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələləri müzakirə ediblər. Fidan qeyd edib ki, Ankara Helsinki ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir və Türkiyə Skandinaviya ölkələrinin regional təhlükəsizlik təşəbbüslərinə dəstək verir.

Ekspertlərin fikrincə, Valtonenin Osmanlı imperiyasına dair bəyanatı həm tarixi paralelləri xatırlatmaq, həm də Türkiyənin hazırkı geosiyasi roluna hörmət ifadə etmək məqsədi daşıyır.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr