AZ

Deputat: “Ermənistan üçün sərfəli əməkdaşlıq qapısı Azərbaycandır”

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Ermənistana yüklərin, o cümlədən taxıl daşımalarının ən sərfəli marşrutu Azərbaycan ərazisindən keçən yoldur”.Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.O qeyd edib ki, torpaqlarımızın bir hissəsi işğal altında olduğu üçün 2025-ci ilə qədər Ermənistana yüklər Rusiya–Gürcüstan ərazisi vasitəsilə çatdırılırdı:“Bu isə nəqliyyat xərclərinin artmasına və nəticədə taxılın son qiymətinə əlavə yük düşməsinə səbəb olurdu. Artıq Azərbaycandan keçən taxıl Ermənistana daha ucuz başa gəlir. Eyni zamanda, gələcəkdə digər yüklərin də Azərbaycan vasitəsilə Ermənistana daşınması mümkün ola bilər. Yəni Ermənistan Azərbaycanla normal münasibətlərin onun üçün ilk növbədə iqtisadi baxımdan sərfəli olduğunu başa düşməyə başlayır. Təsadüfi deyil ki, Ermənistana gedən taxılın Azərbaycandan keçəcəyi ilə bağlı məlumat yayılandan sonra Ermənistanın baş naziri Azərbaycana təşəkkür edib”.Deputat bildirib ki, gəlcəkdə iki ölkə arasında digər iqtisadi əlaqələr də bərpa edilə bilər:“Birgə iqtisadi layihələr həyata keçirilə, Ermənistan Azərbaycandan ucuz qaz, neft və yanacaq ala, həmçinin sərfəli kreditlər əldə edə bilər. Azərbaycanla münasibətlərin bərpası avtomatik olaraq Türkiyə ilə münasibətlərin də bərpası deməkdir. Ermənistanın həm hakimiyyəti, həm müxalifəti, həm də vətəndaşları Azərbaycanla münasibətlərdə uzun illər itirdiklərinin fərqinə varmalıdırlar. Bu münasibətlərin hər gün bərpası Ermənistan üçün böyük iqtisadi və siyasi səmərə gətirə bilər”.Leyla Turan 

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
demokrat.az

2Mənbələr