AZ

Elmar Məmmədyarov: “Paşinyan küçələrə 100 min adam yığırdı, indi isə...”

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Gələn il Ermənistanda keçiriləcək seçkilərdən çox şey asılıdır. Seçkilər yaxınlaşdıqla müxtəlif qüvvələr Paşinyana qarşı addımlar atmağa çalışacaqlar, müxtəlif ssenarilər ola bilər”.Bunu Demokrat.az-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib. O, müxalif qüvvələrin Paşinyanı devirə biləcəyinə inanmadığını bildirib:“Mən deyərdim ki, Paşinyan hakimiyyətdə qalacaq. Gəlin məntiqli fikirləşək, Paşinyana qarşı çıxış edən qüvvələr əhaliyə çağırış edirlər ki, insanlar küçəyə çıxsın. 5 mindən artıq insan gəlmir, heç 10 min yığa bilmirlər. Əhali yorulub bu şeylərdən, Paşinyan onları qane edir. 2018-ci ildə Paşinyan 100 mindən çox adam yığırdı mərkəzdə. İndiki qüvvələr nə qədər resurs sərf edirlər, maliyyə sərf edirlər, amma insanları küçədə toplaya bilmirlər. Paşinyanın hakimiyyətdə qalması sülh prosesi üçün müsbət olacaq. Çünki Paşinyan imza atıb, öhdəlik götürüb”.Cavidan Mirzəzadə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
demokrat.az

2Mənbələr