AZ

Təzyiqi dərmansız azaltmaq üçün 7 faydalı çay

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yüksək qan təzyiqi ürək-damar xəstəlikləri və insult riskini artırır. Bunun qarşısını almağın sadə, təbii yollarından biri də müntəzəm çay içməkdir. 

Qaynarinfo "Health"a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bəzi çay növləri dərman qəbul etmədən təzyiqi normallaşdırmağa kömək edə bilər.

1. Hibiskus çayı

Bu çay hibiskus bitkisinin qurudulmuş ləçəklərindən hazırlanır. Kofein tərkibli deyil və turşməzə dadı var. Onun tərkibindəki antioksidantlar damarların sağlamlığını dəstəkləyir, elastikliyini artırır və təzyiqin enməsinə kömək edir. Araşdırmalar göstərib ki, gündə iki fincan qibiskus çayı içən insanlarda təzyiq səviyyəsi nəzərəçarpacaq dərəcədə azalır.

2. Yaşıl çay

Yaşıl çayın tərkibindəki katexin adlı antioksidantlar damarların elastikliyini qoruyur, qan dövranını yaxşılaşdırır və iltihab əleyhinə təsir göstərir. Tədqiqatlara görə, gündə 2–4 fincan yaşıl çay içmək təzyiqi bir qədər aşağı sala bilər və uzunmüddətli dövrdə ürək sağlamlığını gücləndirir.

3. Çobanyastığı çayı

Çobanyastığı çayı sakitləşdirici təsiri ilə tanınır və yuxunu yaxşılaşdırmaqla dolayı yolla təzyiqin normallaşmasına kömək edir. Bitkinin tərkibindəki flavonoidlər və fenol turşuları antioksidant təsir göstərərək orqanizmdəki iltihabı azaldır.

4. Qara çay

Qara çay təbii flavonoid mənbəyidir. Bu maddələr damar divarlarını möhkəmləndirir, qan dövranını yaxşılaşdırır və iltihabı azaldır. Mütəxəssislər qeyd edirlər ki, gündə 2–5 fincan qara çay içən insanlarda təzyiq səviyyəsi bir qədər aşağı olur. Effekt kiçik olsa da, ürək sağlamlığı üçün əhəmiyyətlidir.

5. Ulun çayı

Yaşıl və qara çay arasında yer alan ulun (oolong) çayı həm katexin, həm də teaflavin kimi antioksidant maddələrlə zəngindir. Bir sıra araşdırmalar bu çayın təzyiqin enməsinə kömək edə biləcəyini göstərib.

6. Sarımsaq çayı

Əzilmiş və ya doğranmış sarımsağın tərkibindən ayrılan alisin maddəsi qan damarlarını genişləndirir, qan dövranını yaxşılaşdırır və oksidləşmə stresini azaldır. Bu xüsusiyyətlər sarımsaq çayını təzyiqin təbii şəkildə tənzimlənməsi üçün faydalı edir.

7. Zəncəfil çayı

Zəncəfil çayı yalnız həzm sisteminə deyil, həm də ürək-damar sağlamlığına müsbət təsir göstərir. Onun tərkibindəki bioloji aktiv maddələr damarları rahatladır, qan dövranını artırır və iltihabı azaldır.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
qaynarinfo.az

1Mənbələr