AZ

“Beşiktaş”da zədə kabusu - 4 ulduz eyni vaxtda sıradan çıxdı

“Beşiktaş” klubunda zədəlilər siyahısı böyüməyə davam edir.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi bu gün rəsmi açıqlama yayaraq bir neçə futbolçusunun zədələndiyini təsdiqləyib.

Emirhan Topçu – hamstrinq nahiyəsində gərginlik aşkarlanıb.

Vaslav Çerni – baldır əzələsində ağrı və sərtlik problemi yaşayır.

Rafa Silva – eyni bölgədə ağrı səbəbindən məşqləri buraxıb.

Necip Uysal – sol dizində “pes anserinus bursiti” diaqnozu qoyulub.

Bundan əlavə, Qabriel Paulista ailəvi səbəblərə görə Braziliyaya qayıdıb və bugünkü məşqdə iştirak etməyib.

“Qara-ağlar” qarşıdakı vacib qarşılaşmalar öncəsi ciddi itkilərlə üzləşib. Klubun həkim heyəti zədələnən futbolçuların bərpa prosesinə dərhal başlayıb.

Kamil Xudiyev

Seçilən
42
1
fanat.az

2Mənbələr