AZ

Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslər təltif edildilər SƏRƏNCAM

Bakı, 5 noyabr, AZƏRTAC

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan elminin inkişafında xidmətlərinə görə 5 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 4 nəfər “Şöhrət” ordeni, 14 nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 19 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.

Azərbaycan elminin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə üç nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Seçilən
29
2
azertag.az

3Mənbələr