"Əgər sənin imkanın, maddi gücün yoxdursa, sən uşağına kömək edə bilməyəcəksən."
Manset.az xəbər verir ki, “Zümrüdlə addım-addım” verilişində xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynlərinin yaşadığı çətinliklər müzakirə olunub. Verilişdə Zümrüd Rüstəmova və Zahidə Qurbanova cəmiyyətdə çox zaman diqqətdən kənarda qalan mövzuya – xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət çəkiblər.
Zahidə Qurbanova öz övladının hekayəsini bölüşərək valideyn kimi yaşadığı çətinliklərdən danışıb və dövlət, cəmiyyət dəstəyinin yetərli olub-olmaması məsələsini diqqətə çatdırıb.