Gündəlik çox qəhvə içmək daimi öyrənmə əlilliyinə səbəb ola bilər.
Ölkə.Az xəbər verir ki, bunu Türkiyənin Adnan Menderes Universitetinin (ADU) professoru, kardioloq Ceyhun Ceyhan deyib. O, xüsusilə tələbələr arasında qəhvə və enerji içkilərinin geniş yayılması ilə bağlı xəbərdarlıq edib:
“Gecələr gec saatda içilən qəhvə yuxu rejimini pozur və yaddaşı zəiflədir. Bu, daimi öyrənmə əlilliyinə səbəb ola bilər".
Həkimin sözlərinə görə, kofein düzgün miqdarda qəbul edildikdə diqqəti və yaddaşı artırır, lakin həddindən artıq içmək yuxu rejimini pozur və öyrənməyə mənfi təsir göstərir.
"Kofein diqqətin yayınmasını azaldır və zehni fəaliyyəti dəstəkləyir. Bununla belə, gündə 300-400 milliqramdan (3-4 fincan) artıq olmamaq vacibdir. Tələbələr üçün səhər 1-2 fincan qəhvə xüsusilə faydalıdır. Düzgün miqdarda və düzgün vaxtda qəbul edildikdə, qəhvə yaddaşı gücləndirir və imtahan nəticələrini yaxşılaşdırır. Lakin həddindən artıq istehlak faydadan daha çox zərər verə bilər".
Billurə