AZ

Böyük Britaniyanın səfiri bu gün "Qarabağ"ı dəstəkləyəcək

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld UEFA Çempionlar Liqası Liqa mərhələsinin 4-cü turunun "Qarabağ" - "Çelsi" matçında kimi dəstəkləyəcəyini açıqlayıb.

Sportal.az xəbər verir ki, diplomat Azərbaycan çempionuna azarkeşlik edəcəyini bildirib. O, bununla bağlı özünün "X" sosial şəbəkə hesabında paylaşım edib:

"Bu axşam "Qarabağ" yenidən "Çelsi" ilə ilə qarşılaşır!  Gərgin və maraqlı oyunu səbirsizliklə gözləyirəm, amma Böyük Britaniyanın Azərbaycandakı səfiri və “Qırmızı Şeytan” kimi bu axşam ev sahibini dəstəkləyəcəyəm  Oyunçu aparsın!"

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" qarşılaşması saat 21:45-də start götürəcək.

saytlarin hazirlanmasi

Seçilən
60
2
sportal.az

10Mənbələr