AZ

Abdullah Gül həyat yoldaşı ilə görün hansı ölkədə görüntüləndi

Uzun müddət ictimaiyyətdən uzaqlaşdıqdan sonra 11-ci prezident Abdullah Gül həyat yoldaşı Hayrünnisə Güllə Küveytdə görüntülənib.

Turkustan.az xəbər verir ki, Gül sosial şəbəkədə bu sözləri paylaşıb: “Köhnə dostlarla görüşdük”.

Abdullah Gül şəxsi X (Twitter) hesabında "Küveytin keçmiş baş naziri Şeyx Məhəmməd Sabah Əl-Salamın dəvəti ilə həyat yoldaşımla Küveytə getdik və köhnə dostlarla görüşdük" şərhi ilə paylaşım edib. Gül paylaşımında həyat yoldaşı Hayrünnisə Güllə də fotosunu yerləşdirib.

Gülün həmişəki kimi bu yazıya şərhləri bağlaması diqqətdən qaçmayıb.

Aytən Yaşar/ Turkustan.az-

Seçilən
17
1
turkustan.az

2Mənbələr