AZ

Taleh Qaraşov sakinlərin problemlərini dinlədi - FOTOLAR

Noyabrın 5-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Xanbulan kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.

"Unikal" xəbər verir ki, səyyar görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.

Taleh Qaraşov səyyar görüş-qəbulun əlamətdar günlərdən olan “Zəfər Günü” ərəfəsində keçirildiyini bildirib və Xanbulan kənd inzibati ərazi dairəsinin sakinlərinin timsalında bütün lənkəranlıları təbrik edib.

İcra başçısı cənab Prezidentin xüsusi tapşırıq və göstərişlərinə uyğun olaraq dövlət məmurlarının xalqın xidmətçisi kimi yerlərdə vətəndaşlarla birbaşa, vasitəçi olmadan görüşlər keçirdiyini və görüşlərdə səsləndirilən bütün məsələlərin şəxsən onun nəzarətində olduğunu qeyd edib. Onun sözlərinə görə, heç müraciət diqqətdən kənar qalmır, qaldırılan məsələlərin qanunamüvafiq həlli ilə bağlı vətəndaşa cavablar verilir. 

Taleh Qaraşov Xanbulan, Bürcəli, Daşdatük, Aşağı-Apu, Rəzvan və Sərinbulaqkəndlərinin sakinləri tərəfindən qaldırılan ümumi və şəxsi müraciətləri dinləyib və yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin həlli ilə bağlı yerindəcə göstəriş verib, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə səlahiyyətli şəxslərə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin hazırlanaraq göndərilməsi tapşırıb.

Sərbəst, maneəsiz fikir və istəklərini, habelə şəxsi problemlərini dilə gətirən kənd sakinlərinin hər biri qaldırdığı məsələlərin həll olunması istiqamətində nəticəyə yönəlik tapşırıq və göstərişlərin verilməsindən məmnunluqlarını ifadə ediblər.

Dövlətə sadiqliyi ilə nümunə təşkil edən Xanbulan kənd inzibati ərazi dairəsinin sakinləri sosial vəziyyətlərinin yaxşılaşmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Seçilən
29
50
unikal.az

10Mənbələr