AZ

“Coca-Cola” şirkəti Milad reklamlarında süni intellektdən istifadə etdiyinə görə tənqidə məruz qalıb

Bakı, 5 noyabr, AZƏRTAC

“Coca-Cola” tamamilə süni intellektdən istifadə edilərək hazırlanmış yeni “Bayram 2025” reklamı ilə böyük səs-küyə səbəb olub. Bu barədə AZƏRTAC xarici mətbuata istinadla xəbər verir.

Reklam Los-Ancelesdə yerləşən və süni intellektdə ixtisaslaşan “Secret Level” studiyası tərəfindən hazırlanıb. Burada “Coca-Cola”nın özünəməxsus yük maşınları, “Holidays are Coming” (“Bayramlar yaxınlaşır”) şüarı, gözlərini tam açmış heyvanlar və nəhayət, Santa Klaus təqdim olunub.

“Coca-Cola” 2023-cü ildə süni intellektlə birgə yaradılan ilk “Coke” reklamını, ardınca isə 2024-cü ildə tamamilə generativ süni intellekt tərəfindən hazırlanmış Milad reklamını buraxıb. Şirkət bu sahədə tam generativ süni intellektə keçib. Keçənilki reklama ciddi şəkildə mənfi reaksiyaya baxmayaraq, şirkət süni intellektdən istifadə etməklə daha bir Milad reklamı hazırlayıb, lakin bu dəfə onun yaradılmasında daha az insanın - 50 əvəzinə 20 nəfərin iştirak etdiyi ilə öyünüb.

Seçilən
5
1
azertag.az

2Mənbələr