AZ

Kiçik problemlər vaxtında həll olunmadıqda sistemli narazılıq yaranır - Vüqar Qurbanov

Bakı. Trend:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) İcraçıdirektor Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrininfəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib.

Trendxəbər verir ki. bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, görüşdə idarəetmənin təkmilləşdirilməsi, mövcudproblemlərin həlli və yeni çağırışlara çevik yanaşmanın təminolunması məsələləri müzakirə edilib. Müşavirədə TƏBİB-in strukturbölmələrinin rəhbərləri və tibb müəssisələrinin direktorlarıiştirak ediblər.

Tədbirdə çıxış edənlər arasında TƏBİB-in İcraçı direktoru VüqarQurbanov, Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva,İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəriZamirə Ədilova, Müraciətlərlə iş departamentinin rəhbəri İlhamHüseynov, eləcə də TƏBİB-in “Xroniki böyrək çatışmazlığındanəziyyət çəkən şəxslərə tibbi xidmətlərin təşkili vətəkmilləşdirilməsinə dair Komissiyası”nın sədri, Nizami TibbMərkəzinin Hemodializ şöbəsinin müdiri Çiçək Əhmədova yeralıblar.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxışında qeyd edib ki,son dövrlər xəstəxanalarda aparılan struktur dəyişiklikləri, klinikproseslərin təkmilləşdirilməsi və icbari tibbi sığorta ilə bağlıyeni qaydalar rəhbər heyətin fəaliyyətinə daha yüksək tələblərmüəyyənləşdirir. O vurğulayıb ki, keyfiyyətli tibbi xidmət,pasiyentlərin təhlükəsizliyi və nəticəyönümlülük prinsipləri hərbir tibb müəssisəsinin gündəlik prioritetinə çevrilməlidir.

İcraçı direktor III MDB Oyunları və “Formula-1” yarışlarındagöstərilən yüksək tibbi xidmətə görə aidiyyəti tibb müəssisələrinətəşəkkür edib.

Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva icbaritibbi sığortanın tətbiqində mövcud olan təşkilati məsələlər,xidmətlərin düzgün kodlaşdırılması və maliyyə mexanizmlərinintəkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumatverib.

İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəriZamirə Ədilova xəstəxanaların media ilə əməkdaşlığında peşəkaryanaşmanın gücləndirilməsinin vacibliyini vurğulayıb.

TƏBİB-in “Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərətibbi xidmətlərin təşkili və təkmilləşdirilməsinə dairKomissiyası”nın sədri Çiçək Əhmədova xroniki böyrək çatışmazlığıolan xəstələr üçün dializ xidmətlərinin təşkilində əldə olunannəticələr, eyni zamanda mövcud problemlər və gələcək planlar barədəçıxış edib.

Müraciətlərlə iş departamentinin rəhbəri İlham Hüseynov vətəndaşmüraciətlərinin analizi ilə bağlı məlumat təqdim edib vəşikayətlərin dinamikasını açıqlayıb.

İcraçı direktor Vüqar Qurbanov çıxışçıların məruzələrinidinlədikdən sonra bildirib ki, vətəndaş məmnuniyyəti TƏBİB-infəaliyyətində əsas prioritet istiqamətdir.

“Kiçik problemlər vaxtında həll olunmadıqda sistemli narazılıqyaranır. Bizim işimizin keyfiyyətinin əsas meyarı vətəndaşməmnuniyyətidir”, – deyə o vurğulayıb.

Müşavirənin sonunda İcraçı direktor bildirib ki, gələn ay Bakışəhərində ilin yekunlarına həsr olunmuş geniştərkibli müşavirəkeçiriləcək.

Qurum rəhbəri qeyd edib ki, məqsəd vətəndaşlara dahakeyfiyyətli, əlçatan, operativ tibbi xidmət göstərməkdir və buyolda hər bir rəhbər, eləcə də kollektiv öz məsuliyyətini dərketməlidir.

Məqalədə:
Seçilən
21
1
az.trend.az

2Mənbələr