Bakı. Trend:
ABŞ ordusu nüvə başlığı ilə təchiz olunmamış “Minuteman III”qitələrarası ballistik raketinin təlim buraxılışını həyatakeçirib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Buraxılış ABŞ Kosmik Qüvvələrinin Kaliforniya ştatındakıVandenberq bazasında həyata keçirilib. Raket Marşal adalarıyaxınlığında düşüb.
Xatırladaq ki, oktyabrın 30-da ABŞ Prezidenti Donald Tramp digərnüvə dövlətlərinin fəaliyyətini əsas gətirərək Pentaqona dərhalnüvə sınaqlarına başlamaq göstərişi verib.