AZ

İlkin Fikrətoğlu - “Qarabağ”ı “playstation”la səhv salmayın!

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində ilk məğlubiyyətini aldı.

Şəxsən mənim ücün gözlənilməz olmadı.

“Qarabağ” “Benfika”nı da, “Kopenhagen”i də məğlub edəndə, demişdim ki. hələlik bu qələbələrin keyfini yaşayaq, “Real”, PSJ, “Bavariya” ilə birlikdə liderlər qrupunda olmağın dadını çıxaraq, sonrakı oyunlarda vəziyyət dəyişə bilər.

Və budur, Bilbaodakı oyunla vəziyyətin dəyişməsi prosesi başlandı.

“Niyə başlandı” deyirəm, cünki “Qarabağ”ın növbəti görüşdə “Çelsi”yə. daha sonra İtaliya çempionu “Napoli”yə də uduzmaq ehtimalı coxdur.

Gəlin, şirin xəyallardan, “Benfika” və “Kopenhagen” üzərindəki qələbələrin doğurduğu eyforiyadan ayılaq, göylərdən yerə enək, reallığı qəbul edək.

Reallıq odur ki, “Qarabağ” sıradan bir rəqibə yox, İspaniya La Liqasının sayılıb-seçilən komandalarından birinə, heyətində İspaniya millisi ilə son Avropa çempionatınını qalibi olan 4 futbolçunun yer aldığı “Atletik Bilbao”ya uduzub.

Niyə uduzub? Çünki rəqib hər cəhətdən “Qarabağ”dan üstündür. Büdcəsindən tutmuş, futbolçularının səviyyəsinə, oyun keyfyyətinə görə.

Bəli, “Benfika” da hər mənada “Qarabağ”dan üstün idi. Amma Lissabonda hər şey “Qarabağ”ın istədiyi kimi alındı,

“Benfika”nın hazırda yaxşı vəziyytədə olmaması bir tərəfdən, “Qarabağ”ın futbolçularının xarakter göstərməsi, qələbə əzmi digər tərəfdən, bəxt, şans amili də bir yandan işimizə yaradı və qalib gəldik.

Bu isə hər oyunda olmur. Bir dəfə alınırsa, 5 oyunda alınmır.

Bəlkə də bundan sonra “Qarabağ” 10 dəfə “Benfika” ilə qarşılaşsa, hamısında portuqallar uğur qazanar.

Sözümün canı odur ki, bu gün sosial şəbəkələrdə “niyə “Qarabağ” Bilbaoda “Benfika”ya qarşı olduğu kimi oynamadı?” yazanlar düşünsün ki, nəhənglərin olduğu Çempionlar Liqasında “Qarabağ” səviyyəsində komandalar öz oyununu diqtə etmir, əksinə, rəqibin imkan verdiyi qədər oynayır.

“Atletik” Bilbaoda “Qarabağ”a oynamaq imkanı vermədi. “Qarabağ”ın 50-ci saniyədə hesabı açması bilbaolular üçün “soyuq duş” oldu.

Rəqibin dünyaca məşhur baş məşqçisi Ernesto Valverde başa düşürdü ki, ilk 2 turdakı məğlubiyyət bir yana, öz meydanında Azərbaycan klubuna uduzmağı rəhbərlik ona bağışlamaya bilər.

Ona görə bütün “silahlar”ından istifadə etdi. Vilyams qardaşlarınının biri zədələndi. digərinə “Qarabağ”ın müdafiəçiləri istədiyi kimi oynamaq imkanı vermədi, belədə hər ikisini başqa keyfiyyətli oyunmularla əvəzlədilər.

“Atletik” aramsız pressinq və oyuncularınını ustalğı sayəsində orta sahəyə nəzarəti ələ keçirmişdi. Ona görə “Qarabağ” ardıcıl 3-4 ötürmə verməkdə çətinlik cəkirdi.

Daha çox ənənəvi arxaya ötürmə və “vur qabağa” taktikasındna istifadə edirdilər. Bikalyo. Kadi, Zubir üçün bu səviyyədə rəqibə qarşı oynamaq olduqca cətin idi.

Hücumçumuz, onsuz da, yox idi, Nəriman da bir tərəfdən təsdiqlədi ki. bəli, “Qarabağ”ın hücumçusu yoxdur.

Amma bu məğlubiyyətə görə Nərimanı günahlandırmaq da düzgün deyil. “Qarabağ” komanda olaraq, heyət olaraq “Atletik”dən geri qalırdı.

“Qarabağ” hətta 2-3 milyona legioner hücumçu alsaydı belə, o bir oyunçu Bilbaoda nəyisə dəyişə bilməyəcəkdi.

Bu həftə liqada 6 qolla uduzan “Napoli”nin, 7 top buraxan “Bayer Leverkuzen”in, 0:4 uduzan “Atletiko Madrid”in geniş heyəti də, kefin istəyən hücumçuları da var. amma nə olsun, darmadağınla məğlub oldular.

Burası Çempionlar Liqasıdır. “Barselona”. “Yuventus”. “Qaalatasaray”, “Liverpul” uduzursa, “Qarabağ”ın da hansısa oyunda məğlub olması normal haldır.

Azarkeşlərin arzuları sərhədsizdir. Əvvəlcə Çempionlar Liqasının əsas mərhələsinə düşməyi xəyal edirdilər.

Sonra heç olmasa, bu mərhələdə 1 qələbə qazanmağı. 1 heç-heçə əledə etməyi. İndi isə hesabımızda 6 xal olduqdan sonra pley-off mərhələsinə vəsiqəni tələb edirlər.

Yadıma 5 il əvvəl Vətən Müharibəsi günlərində evində oturub çay içə-içə “nə oldu e, bir Füzulini almaq nə uzun çəkdi. 10 gündür döyüşürlər. qabağa gedə bilmirlər” yazanlar düşdü.

Müharibəni “Kurtlar Vadisi” serialı kimi bilirdilər.

Filmdə Polat Alemdar ağ köynəklə qara kostyumunu geyinib. 8 gülləli tapançası ilə avtomatı da pulemyotu da, qumbaratanı da susdurub, üstünə toz qondurmadan təkbaşına bütün dəstəni necə məhv edirdisə, bizim əsgərdən də Qarabağda o cür irəliləməyi gözləyirdilər.

Eyni təfəkkürdə olan insanlar bu gün əsl Çempionlar Liqası ilə “playstation”dakı Çempionlar Liqasını səhv salıb,

“Qarabağ”dan “Atletik”i, “Çelsi”ni, “Liverpul”u məğlub etməsini istəyir. Hətta “playstation”da belə, “Qarabağ” kimi komandalarla top-klubar arasında səviyyə fərqi qoyulur.

La Liqa komandasına məğlubiyyət faciə deyil. “Qarabağ” uduzmamaq üçün bacardığını etdi. bacardığı da bu qədər idi. Qarşıda başqa məğlubiyyətlər də olacaq.

Real yanaşsaq, ümidlə baxsaq, “Qarabağ”ın Çempionlar Liqasnda qalib gəlib, xal ala biləcəyi oyuunlar - Bakıda “Ayaks” və “Ayntraxt Frankfurt”la qarşılaşmalardır.

“Çelsi”. “Napoli” və “Livepul”la oyunlarda isə “Benfika” matçında olan futbol möcüzəsinə ümid edək.

İlkin Fikrətoğlu

Seçilən
43
sportinfo.az

1Mənbələr