AZ

Nurgül Yeşilçay qışın ortasında dənizə girdi – İzmirdəki paylaşımı izləyicilərini qısqandırdı

Nurgül Yeşilçay qışın ortasında dənizə girdi – İzmirdəki paylaşımı izləyicilərini qısqandırdıTürkiyənin sevilən aktrisalarından biri olan Nurgül Yeşilçay yenidən sosial medianın gündəminə çevrilib. "Veda Mektubu" serialında Alanur Yıldız obrazı ilə tamaşaçıların rəğbətini qazanan aktrisa, bir müddət əvvəl İstanbuldan köçərək İzmirin sakit və təbiət qoynundakı bölgələrindən birinə yerləşmişdi.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, zeytun ağacları arasında, quş səsləri ilə dolu təbiət mühitində yeni həyat quran Yeşilçay, tez-tez sosial şəbəkə hesabından sadə və təbiətə yaxın həyat tərzini əks etdirən paylaşımlar edir.

Son paylaşımında isə aktrisa qış fəslinin ortasında dənizə girdiyi anları izləyiciləri ilə bölüşüb. Türkiyənin əksər bölgələrində soyuq hava hökm sürərkən, Yeşilçayın günəşli İzmir səhərində dənizdə üzməsi sosial mediada həm təəccüb, həm də heyranlıq doğurub.

İzləyiciləri paylaşımın altına "Biz kurtka ilə gəzərkən, o dənizdə üzür!", "Həqiqətən yaşamağı bacarırsan" kimi şərhlər yazaraq aktrisanın pozitiv enerjisinə tərif yağdırıblar.
Nurgül Yeşilçay qışın ortasında dənizə girdi – İzmirdəki paylaşımı izləyicilərini qısqandırdı

Seçilən
31
sonxeber.az

1Mənbələr