AZ

Gürcüstan 2030-cu ilə qədər Aİ-yə üzv olmağa ümid edir

Gürcüstan

Gürcüstan hakimiyyəti Brüsselin Tiflisə qarşı hazırkı münasibətinə baxmayaraq, 2030-cu ilə qədər Aİ-yə daxil olmağa ümid edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə jurnalistlərə respublikanın baş naziri İrakli Kobaxidze məlumat verib.

Bir müddət əvvəl Avropa Komissiyası illik genişlənmə hesabatını dərc edib. Orada bildirilir ki, Gürcüstanın Aİ-yə daxil olması prosesi “reqressiya” səbəbindən faktiki olaraq dayandırılıb.

"Bütün bunlar (hesabat), əlbəttə ki, ikili standartlardan və ədalətsizlikdən danışır. Bu o deməkdir ki, Avropa bürokratiyasının ciddi problemləri var. Yenə deyirəm ki, Avropa İttifaqında son dəyişikliklə bağlı fərqli gözləntilərimiz var. Biz 2030-cu ilə qədər Avropa İttifaqına üzv olmaq istəyirik və ümid edirik ki, ona qədər Aİ-də vəziyyət köklü şəkildə dəyişəcək", - Kobaxidze bildirib.

Məryəm Quliyeva

Seçilən
10
1
xalqcebhesi.az

2Mənbələr