AZ

Gənc nəsillər üçün siqaret çəkməyi qadağan edildi- BU ÖLKƏDƏ

Ajans.az xarici KİV-lərə istinadən xəbər verir ki,Arxipelaqın səhiyyə nazirliyi açıqlayıb ki, bundan sonra ölkə daxilində bu yaş qrupunun tütün məhsullarını almağı, satması və istifadəsi qanunsuz olacaq. Nazirlik bildirib ki, qadağa “gəncləri tütünün zərərlərindən qorumaq məqsədilə hökumətin güclü öhdəliyini əks etdirir”. Tütün nəzarəti şurasının sədr müavini Əhməd Əfaal BBC Dünya Xidmətinə müsahibəsində ötən il tətbiq olunan ümumi veypinq qadağasının “tütündən azad vətəndaşlar nəsli üçün vacib addım” olduğunu qeyd edib. Nazirlik əlavə edib ki, yeni qadağa bütün tütün məhsullarına aiddir və pərakəndə satıcılar satışdan əvvəl alıcının yaşını təsdiqləməlidirlər. Əfaalın sözlərinə görə, ölkədə veypinqə qarşı mübarizə vacibdir, çünki yeni qurğular gəncləri asılılığa yönəldir və onların sağlamlığına ciddi zərər verir. Keçən il Maldiv adaları elektron siqaret və veypinq məhsullarının idxalını, satışını, saxlanmasını, istifadəsini və paylanmasını bütün yaş qrupları üçün qanunsuz elan edib. Qadağa turistlərə də şamil olunur, lakin Əfaal bildirir ki, bu, turizmə mənfi təsir göstərməyəcək:
"İnsanlar Maldiv adalarına siqaret çəkmək üçün gəlmirlər. Onlar çimərlik, dəniz, günəş və təmiz hava üçün gəlirlər." Turizm məlumatlarına görə, qadağaya baxmayaraq, turistlərin sayı azalmayıb və son bir ildə artım müşahidə olunub. Əfaal proqnozlaşdırır ki, növbəti ildə 2 milyondan çox turist adaları ziyarət edəcək. Qeyd edək ki, Yeni Zelandiya nəsillərarası siqaret qadağası planını 2023-cü ildə ləğv edib, Böyük Britaniya isə 2009-cu il və ondan sonra doğulan gənclərin siqaret çəkməsini qadağan edən qanun layihəsini Lordlar Palatasında komitə mərhələsində təqdim edib.

 

Seçilən
12
Ajans.az

1Mənbələr