AZ

Arxadan yaxınlaşıb prezidenti öpmək istəyən şəxs belə saxlanıldı – VİDEO

Sərxoş bir kişi Meksika prezidentini öpməyə cəhd etdi.

Meksika prezidenti Klaudiya Şeynbaum vətəndaşlarla danışarkən çətin vəziyyətlə üzləşib.

KONKRET.az xəbər verir ki, anidən bir kişi ona yaxınlaşaraq öpməyə çalışıb.

Hadisə Şeynbaumun küçədə insanlarla danışdığı zaman baş verib. Naməlum bir kişi prezidentə arxadan yaxınlaşıb, onu qucaqlayıb və öpməyə çalışıb. İnternetdə yayımlanan video kadrlarda Şeynbaumun sakit reaksiya verdiyi görünür. O, kişini yumşaq bir şəkildə özündən uzaqlaşdırıb və gülümsəyib.

Bir neçə saniyə sonra gələn təhlükəsizlik işçiləri sərxoş şəxsi saxlamağa çalışıblar. Lakin dövlət başçısı işçilərindən narahat olmamalarını və güc tətbiq etməmələrini istəyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
23
2
konkret.az

3Mənbələr