AZ

Moldova “Lukoyl”un aktivlərinin milliləşdirilməsini istisna etməyib

“ABŞ, Aİ və Böyük Britaniyanın Rusiyanın enerji nəhənginə qarşı sanksiyaları fonunda “Lukoyl”un Moldovadakı aktivlərinin milliləşdirilməsi istisna edilmir”.

Busaat.az xəbər verir ki, bunu Moldovanın baş naziri Aleksandru Muntyanu deyib.

Moldova hakimiyyəti müxtəlif variantları nəzərdən keçirir, hökumət başçısı qeyd edib. O, ölkəsinin beynəlxalq öhdəliklərinə əməl etməyə və ciddi qanunlara uyğun hərəkət etməyə borclu olduğunu bir daha vurğulayıb. Mümkün variantlardan biri kimi “Lukoyl”un aktivlərinin milliləşdirilməsi müzakirə olunur.

Muntyanu əlavə edib ki, Rusiya şirkətinin Moldovadakı aktivlərinin gələcəyi ilə bağlı yekun qərar mümkün qədər tez qəbul edilməlidir. Əks halda, Kişinyov hava limanı yanacaqsız qala bilərdi, çünki paytaxtın hava limanı hazırda bütünlüklə “Lukoyl”un neft məhsullarından asılıdır.

“Biz qərarımızı yaxın vaxtlarda açıqlayacağıq”, – deyə baş nazir fikirlərini yekunlaşdırıb.

Yeganə

Seçilən
19
busaat.az

1Mənbələr