AZ

Hikmət Hacıyev Böyük Britaniyanın dövlət naziri ilə görüşüb FOTOLAR

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 12-də Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə görüşüb.Demokrat.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün "X" sosial media hesabında paylaşım edib."Bu gün Böyük Britaniyanın Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə Dövlət Naziri Stiven Daudti ilə strateji tərəfdaşlıq ruhunda məhsuldar görüş keçirdim. Görüş zamanı əlaqələrimizi genişləndirmək və dərinləşdirmək məqsədilə nəqliyyat əlaqələri, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma, təhsil, həmçinin müdafiə və hərbi əməkdaşlıq kimi yeni istiqamətlər üzrə müzakirələr apardıq. Həmçinin bu axşamkı oyunda "Qarabağ" və "Çelsi" komandalarına uğurlar arzuladım!", - paylaşımda qeyd olunub.

 

Today I had productive meeting with Stephen Doughty, Minister of State for Europe, Northern America and Overseas Territories of UK in a spirit of strategic partnership. Discussed to deepen and widen our relations to new areas, such as connectivity, artificial intelligence, cyber… pic.twitter.com/J2ud0vlzam

— Hikmet Hajiyev (@HikmetHajiyev) November 5, 2025

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
12
demokrat.az

10Mənbələr